ABŞ-nin 10 il ərzində idxal rüsumlarından əldə etdiyi gəlir təxminən 6 trilyon dollar təşkil edəcək. “Eqazet.online” report-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib. Navarro əlavə edib ki, ABŞ təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacaq. O, həmçinin […]
İqtisadiyyat
Özbəkistanın ümumi xarici borc dinamikasında artım müşahidə olunub, dövlət borcu 4,2 milyard ABŞ dolları, korporativ kreditlər isə 6,6 milyard dollar artıb. Eqazet.online xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının açıqladığı ölkənin 2024-cü il üzrə xarici borc göstəricilərində qeyd edilib. Bildirilib ki, ötən ilin sonuna qədər hökumət və korporasiyalar tərəfindən […]
Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb. Bu barədə “Eqazet.online”a AYNA-dan bildirilib. Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur. Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 […]
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 76,05 ABŞ dolları təşkil edib. Eqazet.online-ın hərracların nəticələrinə istinadən məlumatına görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,05% azalaraq 74,19 ABŞ dolları təşkil […]
Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. Eqazet.online aeroporta istinadən xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır. Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq […]
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. Eqazet.online xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,19 ABŞ dolları və ya 1,6 % artaraq 75,23 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,04 ABŞ dolları təşkil edib.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib. “Eqazet.online” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib. Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini […]
2024-cü ildə Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. “Eqazet.online” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın İrlandiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,7 %-ə çatıb. İl ərzində İrlandiyaisə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 […]
Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Eqazet.online xəbər verir ki, Fərmana əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir: Azərbaycan Respublikasının Prezidentinə: Cəmiyyətin yenidən təşkili və ləğvi; Cəmiyyətin icra orqanının yaradılması; Cəmiyyətin İdarə Heyəti […]
Bu gün Azərbaycan və İsrail arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb. Bu barədə “Eqazet.online” “Reuters”ə istinadən xəbər verir. SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında […]