Son 5 gündə Bakıya region avtovağzallarından 25 800-ə yaxın sərnişin daşınıb

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb.

Bu barədə “Eqazet.online”a AYNA-dan bildirilib.

Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Putinin kortejindəki limuzin partladı - Prezidentə sui-qəsd iddiası

Bz Mar 30 , 2025
Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahı yaxınlığında Prezident Vladimir Putinin rəsmi kortejinə məxsus olduğu güman edilən limuzində partlayış baş verib. Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin mühərrikində başlayan və qısa müddətdə limuzinin salonuna keçən yanğında ölən və ya xəsarət alan olmayıb. Yanğına ilk müdaxilə […]

Bəyənə bilərsən