Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası” hazırlanıb.

Bu barədə “Eqazet.online” DVX-ya istinadən xəbər verir.

Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə əsaslanan başlıca istiqamətdən ibarətdir. Bu istiqamətlər güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişafdır. Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənərək Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.

Strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir.

Qeyd edək ki, strategiya ölkədə dayanıqlı iqtisadi artımı, biznes mühitinin təkmilləşdirilməsini və sahibkarlıq fəaliyyətinin təşviqini dəstəkləmək məqsədilə vergi islahatlarının vahid konsepsiya əsasında formalaşdırılması və sistemləşdirilməsi zərurətindən irəli gələrək, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vergi orqanları qarşısında müəyyən edilmiş vəzifələr rəhbər tutulmaqla hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tramp və Mask ABŞ hökumətində kütləvi ixtisarlara başlayır

Ca Fev 13 , 2025
Eqazet.online xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası federal qurumlarda genişmiqyaslı islahatlara start verib. Bu çərçivədə, əvvəlki Co Bayden administrasiyası dövründə təyin edilmiş 1000-dən çox işçinin vəzifədən azad edilməsi planlaşdırılır. Tramp, həmçinin, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı yeni yaradılmış Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edib. Bu […]

Bəyənə bilərsən