“Tottenhem” Moretto üçün 25 milyon avro ödəməyə hazırdır

İtaliyanın “Milan” klubu İngiltərənin “Tottenhem” klubuna 27 yaşlı mərkəz müdafiəçisi Fikayo Tomorini təklif edib.

Eqazet.online Report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, London klubu ingilis futbolçunun transferi üçün bonusları nəzərə alaraq, İtaliya nəhənginə 25 milyon avro ödəməyə hazırdır.

Tomori 2021-ci ilin yayına kimi “Milan”a transferinə qədər yetirməsi olduğu “Çelsi” akademiyasında olub. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 21 matçda oynayıb və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, Fikayo Tomorinin bazar qiyməti 22 milyon avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı

Şb Fev 1 , 2025
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Eqazet.online xəbər verir ki, bu barədə Oxu.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Bildirilib ki, artıq qeyd olunan məsələləri tənzimləyən […]

Bəyənə bilərsən