Azərbaycan millisinin Haiti və Belarus yığmaları ilə oyunlarının təyinatları açıqlanıb

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

“Eqazet.online” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.

Hər iki matç saat 21:45-də başlayacaq.

22 mart

Azərbaycan – Haiti

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45

Baş hakim: Kadir Sağlam (Türkiyə)

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)

25 mart

Azərbaycan – Belarus

“Bank Respublika Arena”. Saat 21:45

Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)

Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata 10 il cəza istənilib

Ç Mar 12 , 2025
Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Eqazet.online xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil müdafiə çıxışı […]

Bəyənə bilərsən