Bir milyard avroluq təklif alıb, amma qəbul etməkdən qorxur

“Real Madrid”in futbolçusu Vinisius Səudiyyə Ərəbistanının hərəkətindən qorxur.

“Real Madrid”in futbolçusu Vinisius Səudiyyə Ərəbistanı çempionatına keçidinə şübhə ilə yanaşır.

“Eqazet.online” xəbər verir ki, bu barədə “Marca” yazıb.

Vinisius Səudiyyə Ərəbistanına köçməyin onun imicinə mənfi təsir edəcəyindən ehtiyat edir. Futbolçu pulu futboldan üstün tutan adam kimi tanınmaq istəmir.

Vinisiusun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Fevralın 7-də futbolçunun Səudiyyə Ərəbistanına köçməyi düşündüyü bildirilib. Ərəb klubunun ona ümumilikdə 1 milyard avro təklif etdiyi iddia olunur.

Bu mövsüm Vinisius bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.(Qaynarinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kennedi Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb - YENİLƏNİB

C Fev 14 , 2025
Kiçik Robert Kennedi çıxışında ABŞ Prezidenti Donald Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb. “Eqazet.online” xarici KİV-ə istinadən xəbər verir ki, bunu o, səhiyyə naziri kimi Oval kabinetdəki andiçmə mərasimində söyləyib. O deyib ki, agentlik bütün dünyada totalitarizmin və müharibənin pis yayıcısına çevrilmişdi. Kennedi, həmçinin qeyd edib ki, ABŞ-da hərbi-sənaye kompleksinin […]

Bəyənə bilərsən