“Turan Tovuz”un legioneri ərəb klublarının hədəfindədir

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman klubunu dəyişə bilər.

Eqazet.online-ın əldə etdiyi məlumata görə, toqolu müdafiəçinin karyerasını Yaxın Şərq ölkələrinin birində davam etdirmək fürsəti yaranıb.

Hakmana BƏƏ, Küveyt və Qətər klubları maraq göstərir.

30 yaşlı oyunçunun Tovuz təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ilin sentyabrından “Turan Tovuz”da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 1 qolla yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zabratda mazutluq sahə yanır

Ça Apr 1 , 2025
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində mazutluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Eqazet.online-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Bəyənə bilərsən