Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993, Şamaxı rayonu – 1 noyabr 2020, Şuşa rayonu) — Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Hərbi xidməti Şahin Allahyarov […]