Azərbaycan güləşçiləri Xorvatiyada “Zaqreb Open”in ilk günündə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.

“Eqazet.online” report-a istinadən  xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Yetmiş kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

“Zaqreb Open” fevralın 5-dən 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Avropanın Müdafiə Böhranı: Resurs Problemi

Ca Fev 6 , 2025
Eqazet.online xəbər verir ki,Aİ liderləri bu həftə Brüsseldə Keir Starmer ilə keçirilən sammitdə Ukraynaya dəstək vermək və Avropanın öz müdafiəsini gücləndirmək üçün xərclərin artırılmasının vacibliyini qəbul etdilər. Lakin bu vəsaitin necə təmin ediləcəyi, necə xərclənəcəyi və bu işlərin kimlər tərəfindən icra ediləcəyi məsələlərinə hələ də tam aydınlıq gətirilməyib. Rusiyanın Ukraynaya […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x