Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Eqazet.online xəbər verir ki, bu barədə Oxu.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, artıq qeyd olunan məsələləri tənzimləyən yeni normativ sənədin – “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları” layihəsi hazırlanaraq başa çatdırılıb.

“Hazırda həmin layihənin aidiyyəti qurumlarla razılaşdırılması işləri həyata keçirilir. Məlumat üçün bildirək ki, yeni sənədin layihəsi hazırlanarkən beynəlxalq təcrübə ilə yanaşı, Əlil Təşkilatları İttifaqının da təklifləri nəzərə alınıb”.

Xatırladaq ki, gələn il Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda keçiriləcək.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Şb Fev 1 , 2025
Fevralın 1-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Eqazet.online olke.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x