Kredit gecikməsi olanlara yeni kredit verilir?

Bir çox hallarda bank qarşısında gecikmiş kredit öhdəliyi olan vətəndaşlar yeni kredit götürmək məqsədi ilə bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutur. Bunun əsas səbəbi digər bankların belə problemli müştərilərə, adətən, kredit verməməsidir.

Eqazet.online xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kredit gecikməsi olan vətəndaş istər banka, istərsə də BOKT-yə yeni kreditlə bağlı müraciət edə bilər:

“Ümumiyyətlə, vətəndaşın krediti gecikdirməsi hansısa bankı kredit verməkdən çəkindirmir. Yəni yeni krediti bank da verə bilər. Amma bu bank üçün riskdir, çünki əgər hansısa şəxs başqa bir bankdan borc alıb qaytara bilmirsə, deməli, ondan da borc alıb qaytarmaya bilər.

Eyni məsələ bank olmayan kredit təşkilatları ilə bağlı da keçərlidir. Onların da MKR-ə (Mərkəzləşdirilmiş Kredit Reyestri) çıxışı var. BOKT-lar da MKR-ə baxıb yoxlaya bilir və kredit verib-verməyəcəyi ilə bağlı qərar da özlərindən asılıdır”. 

Ekspert qeyd edib ki, vətəndaşa yeni krediti verib-verməməsi bankın öz ixtiyarındadır:

“Qanunla bu məhdudlaşdırılmır. Mərkəzi Bankdan da bununla bağlı banklara və BOKT-lara hansısa normativ prosedur göndərilməyib. Bu, onların özündən asılıdır.

Adətən, bank olmayan kredit təşkilatları problemli müştərilərə kredit vermir. Çünki bu onlar üçün ciddi risk təşkil edir. Konkret desək, problemli krediti olan vətəndaşın kredit götürmək hüququ var. Amma bankların və BOKT-larınn öz səlahiyyətindədir ki, belə şəxslərə kredit versin, yaxud verməsin”.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"Fransa xəstəxanalarında böhran: Uzun növbələr və çarəsiz xəstələr"

Şb Yan 25 , 2025
Fransada 80 yaşlı xəstə Nante Universiteti Xəstəxanasında təcili yardım növbəsində 9 saat gözlədikdən sonra ölüb. Eqazet.online Publika.az xəbər verir ki, həmişəkindən fərqli olaraq bu acı xəbəri mətbuata səhiyyə üzrə həmkarlar ittifaqları yox, xəstəxananın özü açıqlayıb və bununla, ölkədə xəstəxanalarında vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu bildirib. Qeyd edilir ki, gecə saat […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x