“Azərbaycanda ‘Israel Aerospace Industries’ ilə Yeni Mükəmməllik Mərkəzi Qurulur”

Azərbaycan İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə İsrailin “Israel Aerospace Industries” korporasiyası arasında ölkədə innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Eqazet.online xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatında deyilir.

Memorandum çərçivəsində Azərbaycanda innovasiyaların inkişafına dəstək məqsədilə Mükəmməllik Mərkəzinin yaradılması, təlim proqramlarının həyata keçirilməsi və insan kapitalının inkişaf etdirilməsi nəzərdə tutulur. Saziş həmçinin qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsini və tətbiqini təşviq edəcək.

Əməkdaşlıq çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsini gücləndirmək məqsədilə birgə tədbirlər, seminarlar, forumlar və təlim proqramlarının təşkil olunması planlaşdırılır.

Bu təşəbbüslərin Azərbaycan və İsrail arasında innovasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsini formalaşdıracağı vurğulanıb.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ABŞ Hərbi Dəniz Qüvvələri Tam Avtonom Peyk Hazırlamağı Niyə Planlaşdırır?

C Yan 24 , 2025
Eqazet.online defensnews-a istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri kosmos texnologiyalarında yeni mərhələyə qədəm qoymağa hazırlaşır. Onlar tamamilə avtonom fəaliyyət göstərə bilən peyk sistemi yaratmaq üçün layihəyə start verib. Bu addımın əsas məqsədi milli təhlükəsizliyi gücləndirmək və hərbi əməliyyatla Peykin əsas xüsusiyyəti insan müdaxiləsi olmadan öz missiyasını yerinə yetirmək […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x