“Köhnə Çay İçməyin Görünməyən Zərərləri”

Eqazet.online xəbər verir ki, Çinli alimlər bildirib ki, dəmləndikdən 15 dəqiqə sonra qara çayda zərərli maddələrin görünməyə başlayır.

Alimlər çayın qaldıqca tərkibindəki zəhərli maddələrin artdığını deyib. Tanınmış qidalanma mütəxəssisi Yelena Solomatina köhnə çayın zərərlərini izah edib.

“Çay müxtəlif efir yağlarını ehtiva edir, üzərinə qaynar su tökdükdə, bu yağların bir hissəsi çay yarpaqlarından çıxır və nazik bir təbəqə şəklində suyun səthinə yayılır. Çay içərkən dərhal görə bilmərik, stəkan boşaldıqca qabın divarlarında qara ləkə nəzərə çarpır. Bu təbəqəyə orqanik birləşmələr, taninlər və s. daxildir. Hava ilə təmasda olanda bu maddələr oksidləşir, stəkanda patogen mikroflora yaranmağa başlayır. Xüsusilə çayı şəkərlə içsəniz, mikrobların yaranması üçün lazım olan isti, nəmli və şirin qida mühiti meydana gəlir”, — mütəxəssis açıqlamasında qeyd edib.

Yelena Solomatinanın sözlərinə görə, bu zaman orada göbələk inkişaf etməyə başlayır, bədənə girərək onu mikotoksinlərlə zəhərləyir. Üstəlik, dünənki çay yarpaqlarına təzə qaynar su tökülsə belə zəhərli maddələr mənfi təsiri itmir. Yenidən mikotoksinlər bədənimizə daxil olur.

“Əlbəttə ki, çay yarpaqlarından zəhərlənməyəcəksiniz. Ancaq bədənimiz bu patogen mikrofloraya qarşı mübarizəyə başlayacaq, enerjisini və ehtiyatlarını ona xərcləyəcək. Nəticədə müqavimət sistemi zəifləyir. Oksidləşmə məhsulları ilə qarşılıqlı təsir nəticəsində, allergiya və bağırsaqların pozulması baş verə bilər. Qan dövranı bədən boyunca mikroorqanizmlərin ifraz etdiyi toksinləri gəzdirdiyindən, qaraciyərə əhəmiyyətli zərbə vurulur. Ürək də təsirlənə bilər. Ancaq bu dərhal baş vermir, lakin bir müddət sonra təsir göstərir”.

Dietoloq əlavə edib ki, çay paketləri ilə bağlı vəziyyət də birmənalı deyil. Onlara rəng və qatqı maddələri əlavə olunur.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Elbrus Bayramov

C Yan 24 , 2025
Contents1 Həyatı2 Hərbi xidməti3 Təltifləri4 İrsi və xatirəsi Elbrus Eyvaz oğlu Bayramov (1 dekabr 1986, Jdanov rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002–2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005–2009-cu illərdə Heydər […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x