İsrail Azərbaycana yeni səfir təyin edib

İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.

“EQazet”in xəbərinə görə, İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb. İsrail Azərbaycandan ikinci ən böyük neft idxalçısıdır. Bundan əlavə, iki ölkə arasında müdafiə sektorunda sıx əməkdaşlıq mövcuddur.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?

Be Yan 13 , 2025
Kredit reytinqi bir ölkənin iqtisadi sabitliyini, borcları ödəmə qabiliyyətini və investisiyalar cəlb etmə potensialını əks etdirən maliyyə-iqtisadi pasportudur. İllərdir əhəmiyyətli iqtisadi artım göstərən Azərbaycanın kredit reytinqi bəzi az inkişaf etmiş ölkələrdən daha aşağı səviyyədədir. Belə bir uyğunsuzluq bir sıra suallar doğurur. Bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x