Polşa Azərbaycana təyyarə qəzasının səbəblərini araşdırmaq üçün texniki dəstək təklif edib

Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb.

Bu barədə Eqazet.online-a Xarici İşlər Nazirliyindən bildirilib.

Radoslav Şikorski Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.

Qeyd edək ki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. İstintaq araşdırmaları qəzanın kənar müdaxilə səbindən baş verdiyini sübut edib.

0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"İsrail Hələ də Girovların Siyahısını “HƏMAS”dan Əldə Edə Bilməyib"

Be Yan 6 , 2025
İsrail danışıqlar zamanı Qəzza zolağı ilə bağlı müzakirə olunan razılaşma çərçivəsində radikalların azad etməyə hazır olduqları girovların siyahısını hələ də “HƏMAS”dan almayıb. EQazet xəbər verir ki, bu barədə “TASS”a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman bildirib. “Danışıqlar zamanı İsrail oğurlanan heç bir vətəndaşının adını almayıb”, – deyə o […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x