“Zəfər Qəhrəmanları”ŞƏHİD-Əfqan Abdurahmanov

Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı

Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.

Hərbi xidməti

Aprel döyüşləri

Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

İkinci Qarabağ müharibəsi

Azərbaycan ordusunun polkovnik–leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub.Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri

  •  (26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
  •  (26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
  •  (26.06.2010) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
  •  (26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
  •  (26.06.2015) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
  •  (26.06.2016) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
  •  (26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
  •  (26.06.2020) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
  •  (09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
  •  (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
  •  (29.12.2020) — “Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
0 0 votes
Article Rating
Abunə ol
Notify of
guest

0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib

Ç Yan 15 , 2025
Eqazet.online xəbər verir ki, 2024-cü il aprelin 15-də elan edilmiş 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların cari il yanvarın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda andiçmə mərasimi keçirilib. Qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk öncə Fəxri xiyabana gəlib müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli […]

Bəyənə bilərsən

0
Would love your thoughts, please comment.x
()
x