Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.

İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub. “EQazet”in xəbərinə görə, İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi […]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. “Eqazet” xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib. Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib. “Əgər sən […]

ABŞ kəşfiyyat agentlikləri nəzəri olaraq “WhatsApp” yazışmalarını ələ keçirə bilər. Eqazet.online  xəbər verir ki, bu barədə Amerikanın “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq jurnalist Co Roqanın podkastında bildirib. Eyni zamanda o qeyd edib ki, “WhatsApp” və “Signal”ı dünyanın ən təhlükəsiz messencerləri hesab edir. Zukerberq “WhatsApp”da mesajların silinməsi funksiyası yaxşı məxfilik standartıdır.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin müzakirəçilərinə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Dohaya getməyi tapşırıb. “Eqazet” xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb. Qərar İsrailin müdafiə naziri İsrael Katzın, təhlükəsizlik xidmətlərinin rəhbərlərinin və ABŞ-nin danışıqlar aparan nümayəndələrinin iştirak etdiyi görüşdən sonra qəbul […]

Almaniya hökuməti, Rusiyaya məxsus “kölgə gəmi”nin Baltik dənizində hərəkətsiz vəziyyətdə qaldığını açıqlayıb. Bu gəmi, xüsusilə hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyinə dair iddialara səbəb olub. Almaniyalı rəsmilər, gəminin hərəkətlərini uzun müddətdir izlədiklərini və onun fəaliyyətlərinin diqqət çəkdiyini bildiriblər. Gəminin texniki nasazlıqdan dolayı hərəkətsiz qaldığı irəli sürülsə də, […]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb. “Eqazet” xəbər verir ki, o, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: “Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç […]

İran Azərbaycan və Türkiyə hava məkanını izləmək üçün Gilanda 800 km mənzilli “Nazir” Over-the-Horizon (OTH) radar sistemi quraşdırıb. Eqazet.online  xəbər verir ki, İran “Nazir” kimi tanınan Over-the-Horizon (OTH) radar sistemini Gilan vilayətinin qərbindəki 2900 metr yüksəklikdə dağlıq ərazidə quraşdırıb. Bildirilir ki, quraşdırılan radar sistemi 800 km məsafədə və 30 km-dən […]

İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istənilən təhdidə qarşı qəti tədbirlər görüləcəyi ilə hədələyib. “EQazet” İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bunu İsrail ordusunun “Ənsarullah” hərəkatının Yəməndəki mövqelərinə zərbələr endirməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, İsrail bundan sonra ölkəni təhdid edən hər kəsə qarşı qətiyyətlə hərəkət edəcək: […]