Macarıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır. “Eqazet.online” xəbər verir ki, bu barədə Macarıstan hökümətinin sözçüsü Zoltan Kovaksun “X” hesabındakı paylaşımında deyilir. Nazir qeyd edib ki, bu, sabitliyin bərpası və region əhalisinin dinc həyatı üçün böyük addımdır: “Macarıstan bu inkişafı alqışlayır və ümid edir ki, razılaşmadan sonra […]

Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq. “Eqazet.online” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirir. Nazir, həmçinin Orta dəhliz barədə danışıb: […]

Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb. “Eqazet.online” xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən […]

Böyük Britaniya Avropada nüvə silahının yayılması ideyasını dəstəkləməyib. “Eqazet.online” xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer deyib. ABŞ-nin “Köhnə qitə”yə marağının azalması fonunda Avropa ölkələrində nüvə silahının peyda olması ehtimalı ilə bağlı müxtəlif ekspertlərin bəyanatlarını şərh edən britaniyalı diplomat deyib: “Mövqeyimiz ondan ibarətdir […]

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər. “Eqazet.online” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası […]

Bəzən elmi ixtiralar tamamilə gözlənilməz səbəblərdən baş verir. Hennig Brand adlı alman kimyagər də kifayət qədər təsadüfən fosforu kəşf edib. Orta əsrlərdə demək olar ki, bütün kimyagərlər qızıl əldə etmək ideyası ilə məşğul idilər. Dövrün bütün kimyagərlərinin “fəlsəfə daşı” (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaq cəhdləri uğursuzluqla nəticələnsə […]

Dünyanın ən məşhur universitetlərində təhsil almaq hər bir gəncin arzusudur. Bu məqsədlə hər il minlərlə gənc dünyanın müxtəlif ölkələrinə üz tutur. U.S. News&World Report,s-ın mühəndis və İT ixtisasları üzrə tərtib etdiyi dünyanın 100 ən məşhur universitetinin siyahısını oxuculara təqdim edirik: 1. Berkley Universiteti (Kaliforniya, ABŞ)2. Massaçusets Texlologiya İnstitutu (ABŞ)3. Stenford […]

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu […]

Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır. İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu […]

Gebbels 1897-ci il oktyabrın 29-da Reydtdə dünyaya gəlib. Mühasib atası həmişə oğlunun katolik kilsəsinin keşişi olacağına ümid edirdi. Amma Gebbels yazıçı və jurnalist olmaq arzusu ilə gimnaziyada oxuyur və humanitar elmlərə üstünlük verir. Professor Fridrix Qundolfanın rəhbərliyi ilə 1921-ci ildə “Heydelberq” universitetində dissertasiya müdafiə edib və elmi dərəcə alıb. Lakin  […]