Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq

Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq.

“Eqazet.online” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirir.

Nazir, həmçinin Orta dəhliz barədə danışıb: “Orta dəhlizin əsas keçid nöqtəsi Türkiyədir. Bu dəhlizdə tarixən bir çox iş görülüb, layihələr icra edilib. Biz indi bu dəhlizi daha da gücləndirmək istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Macarıstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır

Şb Mar 15 , 2025
Macarıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır. “Eqazet.online” xəbər verir ki, bu barədə Macarıstan hökümətinin sözçüsü Zoltan Kovaksun “X” hesabındakı paylaşımında deyilir. Nazir qeyd edib ki, bu, sabitliyin bərpası və region əhalisinin dinc həyatı üçün böyük addımdır: “Macarıstan bu inkişafı alqışlayır və ümid edir ki, razılaşmadan sonra […]

Bəyənə bilərsən