Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə “Eqazet.online”a Müdafiə Nazirliyindən bildirilib. Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən məşhur Nocturne gecə klubunda baş verən güclü yanğın faciəyə səbəb olub. Hadisə nəticəsində 51 nəfər həlak olub, onlarla insan isə ağır yanıq və tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, yanğın gecə saatlarında klubda izdihamlı bir […]
İngiltərənin “Çelsi” klubu “Strasburq”da (Fransa) icarə əsasında çıxış edən yarımmüdafiəçi Andrey Santosu satmayacaq. “Eqazet.online” xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı futbolçuya Premyer Liqada özünü sübut etmək üçün şərait yaradacaq. Yayda icarədən qayıdacaq yarımmüdafiəçiyə əsas heyətə düşmək imkanı veriləcək. Qeyd edək ki, Andrey Santos Liqa 1-də cari mövsüm “Strasburq”un […]
Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Eqazet.online”a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % […]
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Cənubi Livanda həyata keçirdiyi dron hücumu nəticəsində Hizbullah qruplaşmasının üzvlərindən birini hədəf aldığını açıqlayıb. Hadisə Livan-İsrail sərhədində gərginliyin artdığı bir vaxtda baş verib. İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, dron zərbəsi Hizbullahın İsrailə qarşı hücumlarda iştirak edən döyüşçülərindən birinə yönəlib. […]
Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər, əgər Vaşinqton müvafiq niyyətlər göstərərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar. “Eqazet.online” xəbər verir ki, bu barədə Qətərin “Al Arabiya” telekanalına üsyançıların adı açıqlanmayan nümayəndəsi bildirib. “ABŞ-nin təcavüzü əsassız hücumdur və suverenliyimizin pozulmasıdır”, – hərəkatın liderlərindən biri telekanala söyləyib. O qeyd […]
Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib. “EQAZET.ONLİNE” xəbər verir ki, müraciətdə İdarə son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır […]
“USS Gravely” esminesi ABŞ-nin Şimal Komandanlığının məsuliyyət zonasında ölkənin cənub sərhədini qorumaq missiyasını yerinə yetirmək üçün Yorktaun Dəniz Bazasından yola düşüb. “Eqazet.online” xəbər verir ki, bu barədə komandanlığın məlumatında deyilir. “USS Gravely”nin yerləşdirilməsi prezidentin göstərişinə uyğun olaraq ABŞ-nin cənub sərhədinin təhlükəsizliyini gücləndirəcək. Gəmi bizim ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq […]
Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurub. “Eqazet.online” Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib. Tural Sarıyevlə (50 kq) Əli […]
Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskiy, Ukrayna hərbçilərinin Kursk bölgəsində əhatəyə alınmadığını və mövqelərinin güclü olduğunu bəyan edib. Onun sözlərinə görə, Ukrayna qoşunları bu bölgədə müdafiə mövqelərini qoruyur və heç bir təhlükə ilə qarşılaşmır. Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi, Kursk ərazisində Ukrayna qoşunlarına qarşı əməliyyatlar […]