Britaniya Avropada nüvə silahının yayılmasına qarşı çıxıb

Böyük Britaniya Avropada nüvə silahının yayılması ideyasını dəstəkləməyib.

“Eqazet.online” xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer deyib.

ABŞ-nin “Köhnə qitə”yə marağının azalması fonunda Avropa ölkələrində nüvə silahının peyda olması ehtimalı ilə bağlı müxtəlif ekspertlərin bəyanatlarını şərh edən britaniyalı diplomat deyib:

“Mövqeyimiz ondan ibarətdir ki, biz nüvə silahlarının mövcudluğunun artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Bu, hökumətimizin aydın və ardıcıl mövqeyidir”.

Martın 13-də Polşa prezidenti Anjey Duda “Financial Times” qəzetinə müsahibəsində Vaşinqtonu Polşada nüvə silahı yerləşdirməyə çağırıb.

Varşavadan verilən açıqlamaya cavab olaraq ABŞ prezidenti Donald Trampın administrasiyası Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ideyasını dəstəkləmədiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb

Şb Mar 15 , 2025
Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb. “Eqazet.online” xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən […]

Bəyənə bilərsən