Sabah Bakıda 28 dərəcə isti olacaq

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Eqazet.online”a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Çelsi" yarımmüdafiəçisini satmayacaq

Bz Mar 16 , 2025
İngiltərənin “Çelsi” klubu “Strasburq”da (Fransa) icarə əsasında çıxış edən yarımmüdafiəçi Andrey Santosu satmayacaq. “Eqazet.online” xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı futbolçuya Premyer Liqada özünü sübut etmək üçün şərait yaradacaq. Yayda icarədən qayıdacaq yarımmüdafiəçiyə əsas heyətə düşmək imkanı veriləcək. Qeyd edək ki, Andrey Santos Liqa 1-də cari mövsüm “Strasburq”un […]

Bəyənə bilərsən