Rusiya Sumı, Xarkov və Ukraynanın cənubunda irimiqyaslı hücuma hazırlaşır. Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib. “Ruslar qüvvələrini cəmləşdirirlər və hazırlayırlar. Amma onların bu hücum əməliyyatlarını həyata keçirmək üçün cəlb edə biləcəkləri əlavə ehtiyatları yoxdur. Eyni qoşunlardan istifadə olunacaq, hazırda […]

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Eqazet.online AZƏRTAC-a istinadən xəbər verir ki, dərhal iki ölkənin Prezident Administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək […]

“Amerika və ya İsrail hücum edərsə nüvə silahına əl atacağıq”. Eqazet.online müsavat-a istinadən xəbər verir ki, bu sözləri ölkə televiziyasına İranın ali rəhbərinin müşaviri Əli Laricani deyib. “Əgər ABŞ və ya İsrail “nüvə məsələsi bəhanəsi ilə” İrana hücum edərsə, biz nüvə silahı istehsalına doğru irəliləmək məcburiyyətində qalacağıq” , – deyə Laricanı […]

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Eqazet.online xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə: […]

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib. Eqazet.online xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi Prezident Məsud Pezeşkianın salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi. Azərbaycana daha əvvəllər […]

Astroloqların sözlərinə görə, bürcün bəzi əlamətləri əlavə səy göstərmədən uğuru özünə cəlb edir, amma taleyi öz əlinə alanlar da var.  “Eqazet.online” bildirir ki, bu iddialı şəxslər oturub möcüzə gözləmirlər – hər qələbəni qazanmaq üçün illərlə çalışırlar. Onların əzmkarlığı və qüruru istənilən maneələri dəf etməyə kömək edir. Bürcünüzün onların arasında olub-olmadığını […]

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib. “Eqazet.online” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların […]

İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. “Eqazet.online”ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 17,766 milyon manat təşkil edib. “Eqazet.online” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,4 % artaraq 289,71 milyon […]

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib. “Eqazet.online” bu barədə ADY-yə istinadən xəbər verir. Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, […]