Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-31 martda 24 523 çağırış daxil olub. “Eqazet.online” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Bayram günlərində 59 region üzrə isə təcili tibbi yardım xidmətinə 27 […]

Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinə qarşı güclü bir cavab planlarının olduğunu və bütün seçimlərin masada olduğunu bəyan edib. Eqazet.online xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamenti iclasında çıxış edən von der Leyen Aİ-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu və tariflər […]

Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökumətinin yeni qərarı Qazaxıstanın neft ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu addım, OPEC+ ölkələri arasında davam edən gərginlik fonunda atılıb və neft bazarında yeni qeyri-müəyyənliyə səbəb olub. Moskvanın qəbul etdiyi qaydalara əsasən, Rusiya ərazisindən tranzitlə ixrac edilən Qazaxıstan neftinin həcmi əhəmiyyətli dərəcədə […]

Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki, Çin ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib. Pekin bu addımı Tayvan prezidenti Layi Çinq-tənin vəzifəyə başlamasına cavab olaraq atıb. Çin hökuməti yeni Tayvan liderini “parazit” adlandıraraq, onun separatçılıq siyasəti yürütməkdə günahlandırıb. Çin Xalq Azadlıq Ordusunun Şərqi Hərbi Dairəsi bildirib ki, […]

ABŞ-nin Cənubi Karolina ştatında “Bloomberg”-in rəhbərinin, onun həyat yoldaşının və doqquz yaşlı qızının meyitləri öz evlərindən tapılıb. Eqazet.online xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Hadisə Cənubi Karolinanın qərbində, Qrir şəhərində baş verib. Qonşusu ailənin qəfil görünməməsindən narahat olub və polisə müraciət edib. Evə gələn hüquq-mühafizə orqanlarının […]

Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb. Eqazet.online xəbər verir ki, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan […]

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. Eqazet.online Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur. Sığorta şirkətlərinin ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,45 faiz çoxdur.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində mazutluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Eqazet.online-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman klubunu dəyişə bilər. Eqazet.online-ın əldə etdiyi məlumata görə, toqolu müdafiəçinin karyerasını Yaxın Şərq ölkələrinin birində davam etdirmək fürsəti yaranıb. Hakmana BƏƏ, Küveyt və Qətər klubları maraq göstərir. 30 yaşlı oyunçunun Tovuz təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ilin […]

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın paytaxtı Beyruta hava zərbələri zamanı İranın xüsusi təyinatlı “Qüds” briqadasının üzvü Həsən Əli Məhmud Bədiri məhv edib. Eqazet.online xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada sözügedən şəxsin “Hizbullah”ın 3900 nömrəli xüsusi təyinatlı bölməsinin də üzvü olduğu bildirilib.