Rusiyada hərbi xidmətə kütləvi çağırış: Yeni hücum istiqaməti açıqlandı

Rusiya Sumı, Xarkov və Ukraynanın cənubunda irimiqyaslı hücuma hazırlaşır.

Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib.

“Ruslar qüvvələrini cəmləşdirirlər və hazırlayırlar. Amma onların bu hücum əməliyyatlarını həyata keçirmək üçün cəlb edə biləcəkləri əlavə ehtiyatları yoxdur. Eyni qoşunlardan istifadə olunacaq, hazırda həmin 600 minlik qüvvə cəbhədədir. Rusların arxada əlavə 100-200 minlik qüvvəsi yoxdur ki, bu qruplaşmaları istiqamətləndirə və gücləndirə bilsinlər”, – mayor qeyd edib.

Getman əlavə edib ki, Rusiya ancaq cəbhənin digər bölmələrindən qoşun gətirməklə müəyyən istiqamətləri kəmiyyətcə gücləndirə bilər:

“Ona görə də rusların bütün cəbhə xətti boyunca hücum edə biləcəkləri ilə bağlı bütün bəyanatları şübhə doğurur. Çünki kəmiyyətcə qüvvələri artmayıb. Digər yandan, eşidirik ki, bu yaz Rusiyada hərbi xidmətə ən kütləvi çağırış olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SAXAL İranın xüsusi təyinatlısını məhv etdi

Ça Apr 1 , 2025
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın paytaxtı Beyruta hava zərbələri zamanı İranın xüsusi təyinatlı “Qüds” briqadasının üzvü Həsən Əli Məhmud Bədiri məhv edib. Eqazet.online xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada sözügedən şəxsin “Hizbullah”ın 3900 nömrəli xüsusi təyinatlı bölməsinin də üzvü olduğu bildirilib.

Bəyənə bilərsən