“Bloomberg” rəhbəri ABŞ-də ailəsi ilə birlikdə ölü tapıldı

ABŞ-nin Cənubi Karolina ştatında “Bloomberg”-in rəhbərinin, onun həyat yoldaşının və doqquz yaşlı qızının meyitləri öz evlərindən tapılıb.

Eqazet.online xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Hadisə Cənubi Karolinanın qərbində, Qrir şəhərində baş verib.

Qonşusu ailənin qəfil görünməməsindən narahat olub və polisə müraciət edib.

Evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfərin meyitini aşkar ediblər: 54 yaşlı Riçard Samarel , 45 yaşlı Lina Mariya Samarel və onların doqquz yaşlı qızı Samanta Samarel.

Hadisənin səbəbləri, orada cinayət tərkibinin olub-olmaması hələlik bəlli deyil.

Polis əlavə edib ki, ailənin kiçik üzvü sağ qalıb və o, böyük ehtimalla, faciə zamanı məktəbdə olub.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Çin Tayvan ətrafında hərbi təlimlərə başladı, prezidentini "parazit" adlandırdı

Ça Apr 1 , 2025
Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki, Çin ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib. Pekin bu addımı Tayvan prezidenti Layi Çinq-tənin vəzifəyə başlamasına cavab olaraq atıb. Çin hökuməti yeni Tayvan liderini “parazit” adlandıraraq, onun separatçılıq siyasəti yürütməkdə günahlandırıb. Çin Xalq Azadlıq Ordusunun Şərqi Hərbi Dairəsi bildirib ki, […]

Bəyənə bilərsən