Türkiyənin İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun sosial şəbəkə hesabının müvəqqəti bağlanılması ilə əlaqədar aidiyyəti quruma müraciət edilib. Eqazet.online xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcra Şurasının üzvü Mücahit Birinci məlumat verib. AKP rəsmisi Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri […]

Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinə qarşı güclü bir cavab planlarının olduğunu və bütün seçimlərin masada olduğunu bəyan edib. Eqazet.online xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamenti iclasında çıxış edən von der Leyen Aİ-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu və tariflər […]

Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki, Çin ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib. Pekin bu addımı Tayvan prezidenti Layi Çinq-tənin vəzifəyə başlamasına cavab olaraq atıb. Çin hökuməti yeni Tayvan liderini “parazit” adlandıraraq, onun separatçılıq siyasəti yürütməkdə günahlandırıb. Çin Xalq Azadlıq Ordusunun Şərqi Hərbi Dairəsi bildirib ki, […]

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın paytaxtı Beyruta hava zərbələri zamanı İranın xüsusi təyinatlı “Qüds” briqadasının üzvü Həsən Əli Məhmud Bədiri məhv edib. Eqazet.online xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada sözügedən şəxsin “Hizbullah”ın 3900 nömrəli xüsusi təyinatlı bölməsinin də üzvü olduğu bildirilib.

Rusiya Sumı, Xarkov və Ukraynanın cənubunda irimiqyaslı hücuma hazırlaşır. Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib. “Ruslar qüvvələrini cəmləşdirirlər və hazırlayırlar. Amma onların bu hücum əməliyyatlarını həyata keçirmək üçün cəlb edə biləcəkləri əlavə ehtiyatları yoxdur. Eyni qoşunlardan istifadə olunacaq, hazırda […]

“Amerika və ya İsrail hücum edərsə nüvə silahına əl atacağıq”. Eqazet.online müsavat-a istinadən xəbər verir ki, bu sözləri ölkə televiziyasına İranın ali rəhbərinin müşaviri Əli Laricani deyib. “Əgər ABŞ və ya İsrail “nüvə məsələsi bəhanəsi ilə” İrana hücum edərsə, biz nüvə silahı istehsalına doğru irəliləmək məcburiyyətində qalacağıq” , – deyə Laricanı […]

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. “Eqazet.online”ın əldə etdiyi məlumata görə, səfərin bu ay baş tutması nəzərdə tutulub. Qeyd edək ki, bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri […]

Rusiya və ABŞ nadir torpaq metalları layihələri üzrə danışıqlara başlayıb. “Eqazet.online” xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev məlumat verib. “Nadir torpaq metalları əməkdaşlıq üçün mühüm sahədir və təbii ki, biz Rusiyada müxtəlif nadir torpaq metalları və layihələri haqqında müzakirələrə başlamışıq”, – o, […]

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. “Eqazet.online” xəbər verir ki, “Axios” portalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq. İki ABŞ rəsmisi və prezidentin səfəri ilə tanış olan mənbə bildirib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra ilk […]

Avropa ölkələrinin yüksək rütbəli hərbi məmurları Rusiya ilə hibrid münaqişə və ya hətta birbaşa döyüş formasında potensial qarşıdurmaya hazırlaşır. “Eqazet.online” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Adı açıqlanmayan fransız zabitinin sözlərinə görə, ordu ən pis ssenariyə hazırlaşır. Nəşr iddia edir ki, oxşar atmosfer […]