Trampın ilk xarici səfərinin hansı ölkəyə edəcəyi məlum olub

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.

“Eqazet.online” xəbər verir ki, “Axios” portalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq.

İki ABŞ rəsmisi və prezidentin səfəri ilə tanış olan mənbə bildirib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra ilk xarici səfərini mayın ortalarında Səudiyyə Ərəbistanına etməyi planlaşdırır.

Qeyd edək ki, cari ilin fevral ayının əvvəlində Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanına, eləcə də İsrailə və Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib. Lakin o, bu səfərlərin mümkün tarixlərini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb

Be Mar 31 , 2025
Rusiya və ABŞ nadir torpaq metalları layihələri üzrə danışıqlara başlayıb. “Eqazet.online” xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev məlumat verib. “Nadir torpaq metalları əməkdaşlıq üçün mühüm sahədir və təbii ki, biz Rusiyada müxtəlif nadir torpaq metalları və layihələri haqqında müzakirələrə başlamışıq”, – o, […]

Bəyənə bilərsən