İmamoğlu barədə məhkəməyə yeni müraciət: “Sosial şəbəkə hesabını bağlayın”

Türkiyənin İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun sosial şəbəkə hesabının müvəqqəti bağlanılması ilə əlaqədar aidiyyəti quruma müraciət edilib.

Eqazet.online xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcra Şurasının üzvü Mücahit Birinci məlumat verib.

AKP rəsmisi Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin yerli şirkətlərin boykot edilməsi çağırışına qoşulduğu üçün bu addımı atdıqlarını bildirib:

“Buna görə də İstanbul Sülh Cəza Məhkəməsinə həmin şəxsin X hesabının məhkəmə bitənə qədər Türkiyədən girişinin bağlanılması tələbi ilə ərizə göndərilib”.

Xatırladaq ki, bundan əvvəl İstanbulun bələdiyyə sədrinin X hesabında boykot çağırışına dəstək mesajı yayımlanıb.

Əkrəm İmamoğlu ötən həftə korrupsiya ittihamı ilə həbs olunub. Hazırda iş üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir

Ça Apr 1 , 2025
Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Bu barədə Eqazet.online-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, daxili […]

Bəyənə bilərsən