Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Bu barədə  Eqazet.online-a DSX-dan məlumat verilib.  Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Onların 4-ü Azərbaycan, 3-ü İran, 2-si Əfqanıstan, […]

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu öldürməyə hazırlaşmaqda və ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun məhkəmə araşdırması davam edir. Eqazet.online-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasa Taleh Qaraşov çağırılıb. Lakin icra başçısı məhkəməyə gəlməyib. Hakim Səbuhi Hüseynov bildirib ki, onu məhkəmədə nümayəndəsi […]

Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Eqazet.online-ın məlumatına görə, hadisə şəhərin yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yol dairəsində qeydə alınıb. Belə ki, yolda hərəkətdə olan kamaz qarşıdan gələn TIR ilə toqquşub. Nəticədə kamazın sürücüsü xəsarət alıb. O, yaxınlıqdakı xəstəxanaların birinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

“Melissa Group” tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb. Eqazet.online-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub. Fakt şirkətdən təsdiqlənib. Bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb. Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir. Xatırladaq ki, […]

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. “Eqazet.online” report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, sabiq xidmət rəisi Bakı […]

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Bu barədə Eqazet.online-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, daxili […]

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mart ayı üçün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq statistikanı açıqlayıb. ANAMA-dan Eqazet.online-a verilən məlumata görə, azad olunan ərazilərdə cari ay ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9 755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin […]

ABŞ-nin Cənubi Karolina ştatında “Bloomberg”-in rəhbərinin, onun həyat yoldaşının və doqquz yaşlı qızının meyitləri öz evlərindən tapılıb. Eqazet.online xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Hadisə Cənubi Karolinanın qərbində, Qrir şəhərində baş verib. Qonşusu ailənin qəfil görünməməsindən narahat olub və polisə müraciət edib. Evə gələn hüquq-mühafizə orqanlarının […]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində mazutluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Eqazet.online-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək. Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, bunu Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib. O bildirib ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib düşürdükdə isə […]