“Melissa Group”da katlavan mənzillərin satışı dayandırıldı – QƏRAR

“Melissa Group” tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.

Eqazet.online-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Fakt şirkətdən təsdiqlənib. Bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.

Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.

Xatırladaq ki, martın 27-də “Melissa Group” tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evi söküntüsü həyata keçirilib. Hadisədən sonra “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavotorun sürücüsü Qala Eynullayev həbs olunub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ağız xərçəngi hallarındakı müəmmalı artımın səbəbi nədir?

Ça Apr 1 , 2025
Şəkərli içkilərlə bağlı narahatlıqlar yalnız diş çürüməsi ilə məhdudlaşmır. Yeni bir araşdırma bu içkilərin ağız xərçəngi riskini də artıra biləcəyini göstərir. Eqazet.online Qaynarinfo-ya istinadən xəbər verir ki, Vaşinqton Universitetinin alimləri 30 il ərzində 162 602 qadının qidalanma vərdişlərini araşdırıb. Bu müddət ərzində bu qadınlardan 124-nə ağız xərçəngi diaqnozu qoyulub. Tədqiqatçılar ayda […]

Bəyənə bilərsən