Taleh Qaraşov DTX-də ifadə verib – Məhkəməyə adaşını göndərdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu öldürməyə hazırlaşmaqda və ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun məhkəmə araşdırması davam edir.

Eqazet.online-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasa Taleh Qaraşov çağırılıb. Lakin icra başçısı məhkəməyə gəlməyib.

Hakim Səbuhi Hüseynov bildirib ki, onu məhkəmədə nümayəndəsi Taleh İbrahimov təmsil edəcək. Tərəflər zərərçəkmişin nümayəndəsi kimi Taleh İbrahimovun iştirakına etiraz etməyiblər.

Prosesin davamında Taleh Qaraşovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. O, istintaqçılara bildirib ki, təqsirləndirilən şəxsi tanımır və izləndiyini hiss etməyib. 

Nümayəndə məhkəməyə məlumat verib ki, icra başçısı Bəhruz Əskərovdan şikayətçidir, lakin ona qarşı maddi və mənəvi tələbi yoxdur.

Məhkəmə şahidlərin dindirilməsini təmin etmək məqsədilə prosesi aprelin 29-na qədər təxirə salıb.

Qeyd edək ki, B.Əskərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə yekun ittiham elan edilib.

Bu maddələr üzrə ittiham edilən şəxsin cəzası ömürlük həbsə qədər nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aprel döyüşlərindən 9 il ötür

Ç Apr 2 , 2025
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür. Eqazet.online xəbər verir ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. […]

Bəyənə bilərsən