Bəzi rayonlarda yağış yağır, Şahdağ və Kəlbəcərdə külək əsir – FAKTİKİ HAVA

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

“Eqazet.online” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, aprelin 5-i saat 17:00-a olan məlumatına əsasən, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.

Göygöl, Qax və Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İranın Azərbaycanda sui-qəsd təşkil etmək istədiyi yəhudi dini icma rəhbərinin adı açıqlandı

Şb Apr 5 , 2025
ABŞ-nin “The Washington Post” qəzeti 2025-ci ilin yanvar ayında Azərbaycanda yəhudi dini icmasının sədrinə qarşı hazırlanan sui-qəsd cəhdi barədə yazıb. Eqazet.online xəbər verir ki, nəşr Azərbaycanın təhlükəsizlik xidmətlərinin təmsilçilərinə istinad edib. Məqalədə deyilir ki, Azərbaycan rəsmiləri baş verən hadisənin İran tərəfindən tez-tez təşkil edilən sui-qəsdlərdən biri hesab edirlər. Nəşr yazır: […]

Bəyənə bilərsən