BP-nin vitse-prezidenti: “Azərbaycan qazının Avropaya ixracının 14 milyard kubmetrə çatdırılması üzərində iş gedir”

Cənub Qaz Dəhlizinin (SGC) operatorları birgə səylərlə Azərbaycan qazının Avropaya illik tədarük həcmini təxminən 12 milyard kubmetrə çatdırıblar, hazırda tədarük həcminin 2026-cı ildən etibarən 14 milyard kubmetrə çatdırılması üzərində iş aparılır.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.

O qeyd edib ki, “Şahdəniz” Azərbaycanın Avropa və regional bazarlara sadiqliyini dəstəkləyərək təhlükəsiz və səmərəli qaz hasilatını təmin etməyə davam edir: “Ötən il yataqdan təxminən 28 milyard kubmetr qaz hasil edilib ki, bu da plan göstəricilərini üstələyib. Bu gün “Şahdəniz” BP-nin ən böyük qaz hasilatı müəssisəsidir. Onun gücü gündəlik təxminən 79 milyon standart kubmetr qaz hasil və emal etməyə imkan verir”.

M.Kirkhem əlavə edib ki, 2024-cü ildə SGC vasitəsilə Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edilib.

“Hazırda TAP qaz kəmərinin genişləndirilməsi üzrə işlər davam edir. Biz 2026-cı ildən etibarən Avropaya ümumi ixrac gücünü təxminən 14 milyard kubmetrə çatdırmağa çalışırıq. Biz həmçinin “Şahdəniz” yatağının təhlükəsizliyinin, əməliyyat səmərəliliyinin və dayanıqlılığının artırılması üzərində işləyirik”, – o bildirib.

Vitse-prezident əlavə edib ki, ötən ilin oktyabr ayına olan vəziyyətə görə, “Şahdəniz”də beş sualtı cinahın hamısı istismara verilib: “Növbəti illərdə biz daha altı hasilat quyusunu istismara verməyi planlaşdırırıq. Bütün bunlar bizə bazarlar qarşısında öhdəliklərimizi bundan sonra da yerinə yetirməyə imkan verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İsrail Livanda HƏMAS komandirini öldürdü – Atəşkəs sınaq qarşısında

C Apr 4 , 2025
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Livanda HƏMAS komandirlərindən birinə qarşı hədəfli hücum həyata keçirib. Hadisə bölgədə gərginliyin artmasına və atəşkəsin pozulması ehtimalına səbəb olub. İsrailin açıqlamasına görə, bu hücum HƏMAS-ın İsrail əleyhinə fəaliyyətlərinə cavab olaraq təşkil edilib. HƏMAS mənbələri isə öldürülən şəxsin onların hərbi qanadına aid […]

Bəyənə bilərsən