Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib.

“Eqazet.online” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, o, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb.

Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik

Ca Apr 3 , 2025
Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistanla birgə işi davam etdirməyə hazırdır. “Eqazet.online” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ünvanladığı məktubda bildirilib. “Rusiya-Ermənistan müttəfiqliyini sarsıtmaq cəhdlərinə baxmayaraq, siyasi dialoq və xarici siyasət […]

Bəyənə bilərsən