Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik

Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistanla birgə işi davam etdirməyə hazırdır.

“Eqazet.online” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ünvanladığı məktubda bildirilib.

“Rusiya-Ermənistan müttəfiqliyini sarsıtmaq cəhdlərinə baxmayaraq, siyasi dialoq və xarici siyasət koordinasiyasının yüksək səviyyəsini qoruyub saxlamağa, həm ikitərəfli xətt üzrə, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail oluruq”, – S.Lavrov bildirib.

Ermənistan XİN başçısı Ararat Mirzoyanın cavab məktubunda isə qeyd olunub ki, beynəlxalq münasibətlərin dəyişən arxitekturasının müasir şəraitində tərəfdaşlığın qarşılıqlı fəaliyyətini davam etdirmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İsrail Suriyanı bombardman etdi – “Bu, Türkiyəyə də xəbərdarlıqdır”

Ca Apr 3 , 2025
İsrail ordusunun aprelin 2-dən 3-nə keçən gecə Suriyada həyata keçirdiyi hava hücumları həm də bu ölkədə möhkəmlənməyə çalışan Türkiyəyə xəbərdarlıqdır. Eqazet.online xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır. “İsrail Ankaranın Suriyada dərinə kök salmaq cəhdinin qarşısını almaq istəyir. Belə addımlar Türkiyəni çəkindirmək üçün bir vasitə ola bilər. Sual budur […]

Bəyənə bilərsən