Azərbaycanda vergi ödəyiciləri üçün uçot sistemi təkmilləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi nəzarətinin təkmilləşdirilməsi ilə yanaşı sahibkarlar üçün uçot sisteminin sadələşdirilməsi ilə bağlı layihələr üzərində işləyik.

“Eqazet.online” xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.

“Bu layihələrin əsas məqsədi xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal həllərə söykənən dəyişikliklərlə vergi ödəyicilərinin vaxt itkisinin aradan qaldırılmasıdır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident: Bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir

Ca Mar 13 , 2025
COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Eqazet.online xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib: “Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı […]

Bəyənə bilərsən