Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.

Bu barədə Eqazet.online Report-a istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.

“Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq”, – məlumatda qeyd edilib.

ABŞ Energetika Nazirliyindən qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Azərbaycanda maye karbohidrogenlərin hasilatının əsas mənbəyidir. Baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel səviyyəsində pik həddə çatıb:

“Bu yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” qaz yatağından əldə edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir”.

Qurumun məlumatına görə, 2025-ci il yanvarın 1-nə Qazaxıstanda təsdiqlənmiş neft ehtiyatları 30 milyard barel, Türkmənistanda – 600 milyon barel, Özbəkistanda – 594 milyon barel təşkil edir.

Energetika Nazirliyindən həmçinin qeyd edilib ki, 2023-cü ildə Xəzər regionunun üç ölkəsi (Azərbaycan, Qazaxıstan, Türkmənistan) və Özbəkistanın payına qlobal enerji istehsalının 3 %-i, qlobal istehlakın isə 1 %-i düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

300 min azərbaycanlı Ermənistana qayıdacaq, Zəngəzur da həmçinin - Oskanyan 

Be Fev 10 , 2025
Qarşılaşdığımız təhlükələr hiss olunur, böyükdür və hamımıza təsir edəcək. Eqazet.online ölkə.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib. Sabiq nazir qeyd edib ki, bu gün Ermənistanın nə bir etibarlı müttəfiqi, nə də dostu var. “Xarici siyasət arenasında heç bir ölkə Ermənistanı ciddi qəbul etmir. […]

Bəyənə bilərsən