Çin: “Heç vaxt Rusiyaya silah verməmişik”

Çin heç vaxt Ukraynadakı münaqişəyə görə Rusiyaya silah verməyib.

Eqazet.online xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.

“Çin həmişə Ukrayna məsələsində sülh və dialoqu fəal şəkildə təşviq edib, heç vaxt münaqişə tərəflərindən heç birinə öldürücü silahlar verməyib və ikili təyinatlı mallara ciddi nəzarət edib”, – diplomat bildirib.

Xatırladaq ki, ötən həftə G7 ölkələrinin xarici işlər nazirləri İran və Şimali Koreyadan Rusiyaya hərbi dəstəyi, eləcə də Çinin silah və ikili təyinatlı komponentlər verməsini pisləyiblər. Bəyanatda deyilir ki, Çin Ukraynada müharibəni davam etdirməsi üçün Rusiya silahlı qüvvələrinin reabilitasiyasında əsas yardımı göstərən ölkədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aİ Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılıq əldə edə bilməyib

Be Mar 17 , 2025
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Ukraynaya 40 milyard avro məbləğində yardım paketini razılaşdırmayıblar. “Eqazet.online”ın məlumatına görə, bu barədə bu gün Brüsseldə Aİ Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas bildirib. “Bu təşəbbüsə geniş siyasi dəstək var. Təfərrüatlar müzakirə mərhələsindədir. Ümid edirəm ki, yaxın vaxtlarda irəliləyiş […]

Bəyənə bilərsən