Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub

Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub.

“Eqazetonline” report-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan baş verən prosesləri diqqətlə izləyir:

“İlk növbədə, qütbləşmənin artdığını müşahidə edirik. Çoxtərəfli diplomatiya bu kontekstdə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parçalanma meyilləri və Şərq-Qərb qarşıdurmasının dərinləşməsi nəzərə çarpır. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır və bu proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər”.

H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi regionda yeni reallıqlar formalaşdırıb:

“Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub. “Bu region bizə məxsusdur və biz transformasiyanın düzgün istiqamətdə irəliləməsinə çalışmalıyıq. Ümid edirik ki, Ermənistan da bunu dərk edəcək. Hazırda Azərbaycan sülh müqaviləsi danışıqlarının aparıldığı bir mərhələdədir. Ermənistan tərəfi tam şəkildə Azərbaycana qarşı iddialı olmalı deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Peskov: Rusiya və ABŞ prezidentlərinin köməkçiləri telefon danışığı aparıblar

Ca Mar 13 , 2025
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dünən telefon danışığı aparıblar. “Eqazet.online” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. “Artıq təmaslar olub. Dünən Uolts və Uşakov arasında telefon danışığı olub. Rusiya tərəfinə müəyyən məlumat (Ciddədə ABŞ-Ukrayna danışıqlarının […]

Bəyənə bilərsən