Trampın müşaviri: Azərbaycan – Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq

Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X”dəki səhifəsində yazıb.

“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım.

Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq”, – Trampın müşaviri vurğulayıb.

Mayk Uolts qeyd edib ki, sülh sazişinin imzalanması yekunlaşmalıdır: “Regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Paşinyan Makronu Bakı - İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması barədə məlumatlandırıb

Bz Mar 16 , 2025
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Bakı və İrəvan arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsinin tamamlanmasını müzakirə edib. “Eqazet.online” report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. “Baş nazir Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin […]

Bəyənə bilərsən