Həqiqi hərbi xidmətin müddəti ilə bağlı QƏRAR VERİLDİ

Alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.

Eqazet.online xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq.

Qeyd olunanlar nəzərə alınaraq sözügedən təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK

C Mar 14 , 2025
Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. Eqazet.online xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət […]

Bəyənə bilərsən