Kennedi Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb – YENİLƏNİB

Kiçik Robert Kennedi çıxışında ABŞ Prezidenti Donald Trampın USAID-in işini dayandırmaq qərarını alqışlayıb.

“Eqazet.online” xarici KİV-ə istinadən xəbər verir ki, bunu o, səhiyyə naziri kimi Oval kabinetdəki andiçmə mərasimində söyləyib.

O deyib ki, agentlik bütün dünyada totalitarizmin və müharibənin pis yayıcısına çevrilmişdi.

Kennedi, həmçinin qeyd edib ki, ABŞ-da hərbi-sənaye kompleksinin təsirində əhəmiyyətli artım olub.

Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutub. Amerika lideri əmin edib ki, Kennedi uşaqların sağlamlığının qızğın müdafiəçisidir.

“O, təhlükəli kimyəvi maddələri ətraf mühitdən və qida ehtiyatımızdan uzaq tutmağa tamamilə sadiqdir”, – Tramp vurğulayıb.

“Birləşmiş Ştatlar səhiyyəyə hər hansı digər ölkədən daha çox pul xərcləyir, lakin biz hər il daha çox xəstələnirik”, – Amerika lideri yeni nazirin bu vəziyyəti düzəltməli olduğunu əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zelenskidən Avropaya: 100 min ordu, “öz NATO-muz”, nüvə…

C Fev 14 , 2025
Kiyev Ukraynada ümumilikdə 100 min nəfərə qədər Qərb hərbi kontingentinin yerləşdirilməsi xəritəsini hazırlayıb. “Eqazet.online” xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib. O bildirib ki, bu planı fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında müzakirə etməyi planlaşdırır. Ukraynanın Qərb tərəfdaşlarından ala biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə edən Zelenski NATO-ya […]

Bəyənə bilərsən