Hərbi qulluqçularımız “Qış təlimi-2025”-i uğurla başa vurub – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2025″də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.

Eqazet.online xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.

Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Samuxda “Dayan” əmrinə tabe olmadılar, atəş açıldı - 1 əfqan, 3 pakistanlı saxlanılıb - ŞOK TƏFƏRRÜAT

Ça Fev 11 , 2025
Əfqanıstandan Azərbaycana işləməyə gələn şəxs qanunsuz yolla Gürcüstana keçib. Sonra geri qayıdaraq 3 pakistanlını 2500 dollar qarşılığında Gürcüstana aparmaq istəyib. Bu zaman hərbçilərin xəbərdarlıq atəşi ilə saxlanılıblar. Eqazet.onlin  musavat.com-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Balaqi Sukrullah 2018-ci ildə işləmək üçün Azərbaycana gəlib. Onun qardaşı da Bakıya […]

Bəyənə bilərsən