Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsi üçün şərtləri açıqladı

“Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir”.

Eqazet.online xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Çin nadir silahını üzə çıxardı - FOTO

Ç Apr 2 , 2025
Çinin KD-21 adlı nadir ballistik raketi hazırda döyüş növbətçiliyində görünür. Eqazet.online xəbər verir ki, bu barədə “The War Zone” portalı məlumat yayıb. Nəşr yazır ki, sözügedən silah çoxdan məlumdur. KD-21-in 2022-ci ildə Çinin Çjuxay şəhərində keçirilən sərgi zamanı ictimai nümayişi keçirilib. Yeni aeroballistik raketin buraxılışını əks etdirən görüntülər də internetdə […]

Bəyənə bilərsən