Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib. “Eqazet.online” xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib. Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib. “Eqazet.online” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, Azərbaycanla Fələstin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb. 

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub. “Eqazet.online” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər. İftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailəsi üzvü, müharibə iştirakçıları, qazilər dəvət olunublar. Mərasimdə “Qurani-Kərim”dən ayələr və […]

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib. “Eqazet.online” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor […]

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib. “Eqazet.online” xəbər verir ki, müraciət qeyd olunub: “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə […]

Ətrafda baş verən böhranlardan regionun qorunması vacib məsələdir. “Eqazet.online”ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib. O təəssüflə xatırladıb ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub: “Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik […]

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. Eqazet.online xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət […]

Alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Eqazet.online xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb. Qeyd edilib […]

Qarşıdakı dönəmdə Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir. Eqazet.online Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.“Cənab Prezident İlham Əlyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə […]

Eqazet.online Teleqrafa istinadən xəbər verir ki, bu barədə martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan bildirib. O, qondarma rejimin “müdafiə naziri” və “ordunun baş komandanı” “vəzifə”lərinə təyinatın Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə razılşadırıldığını, general-mayor rütbəsindən yuxarı rütbələrin Ermənistanda verildiyini də etiraf edib və bildirib. A.Qukasyan […]