“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”, eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib.  Eqazet.online xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.  Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr […]

COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Eqazet.online xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib: “Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı […]

Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb. Belə ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, avtomobil […]

Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı və ən əsası biz ərazilərimizi minalardan təmizləyirik, o torpaqları dövriyyəyə qaytarırıq. “Eqazet.online” report-a istinadən xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası […]

Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı dayandırılacaq. Eqazet.online Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov […]

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. “Eqazet.online” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib. “Eqazet.online” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. Qeyd edək ki, o, bu təyinata qədər Komitənin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.