Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Eqazet.online xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli […]

2024-cü ildə Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. “Eqazet.online” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın İrlandiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,7 %-ə çatıb. İl ərzində İrlandiyaisə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 […]

Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Eqazet.online xəbər verir ki, Fərmana əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir: Azərbaycan Respublikasının Prezidentinə: Cəmiyyətin yenidən təşkili və ləğvi; Cəmiyyətin icra orqanının yaradılması; Cəmiyyətin İdarə Heyəti […]

Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Eqazet.online xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla X.VƏliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. 

Bu gün Azərbaycan və İsrail arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb. Bu barədə “Eqazet.online” “Reuters”ə istinadən xəbər verir. SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında […]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. “Eqazet.online” xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının […]

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə “Eqazet.online”a Müdafiə Nazirliyindən bildirilib. Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər. “Eqazet.online” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası […]