Azərbaycan İrlandiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 4 dəfəyə yaxın artırıb

2024-cü ildə Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.

“Eqazet.online” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İrlandiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,7 %-ə çatıb.

İl ərzində İrlandiyaisə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb

Ça Mar 25 , 2025
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib. “Eqazet.online” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib. Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini […]

Bəyənə bilərsən