Azərbaycanla BƏƏ arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb

Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) imzalanıb.

İqtisadiyyat Nazirliyindən Eqazet.online-a verilən məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.

Sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır.

Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağı hədəfləyən Sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradır.

Ölkələr arasında CEPA-nın imzalanması sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanlar açacaq. Saziş qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsi, sahibkarların, kiçik və orta müəssisələrin qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi iqtisadi əməkdaşlığın gücləndirilməsini, ticarətin liberallaşdırılması və asanlaşdırılmasını nəzərdə tutur.

Share this content:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bəyənə bilərsən